"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“ASAN könüllüləri” Binəqədidə təcrübə keçirlər

--2017-04-19 / 10:35

Binəqədi Rayon icra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 8-ci qrupunun üzvləri ilə görüş keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər əliyev adına istirahət parkı, Binəqədi RiH başçısı Aparatının inzibati binası ilə  tanış olmuşlar və onlara ətraflı məlumat verilmişdir.

Könüllü gəncləri Binəqədi rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva qəbul edərək bildirib ki, Prezident ilham əliyevin təşəbbüsü ilə yaradılan ASAN xidmətin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolu olduqca böyükdür və siz  gənclərin bu işə könüllü qoşulmasını isə olduqca əhəmiyyətlidir. 

Natiq onu da qeyd edibdir ki, gənclərin könüllü olaraq məhz Binəqədi rayon icra Hakimiyyətini seçməsi sevdirici haldır  və onlara bu işdə uğurlar diləyibdir.

Gənclər Binəqədi RiH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamış, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə təhkim ediliblər.

Belediyye.info     

 

 

ŞƏRHLƏR